![[b]Atəşkəs rejimi 23 dəfə pozulub[/b]](https://lent.az/storage/news/2019/may/24/big/b8d29d908e5ebc2404213f9eb7ad7d80.jpg)
[b]Atəşkəs rejimi 23 dəfə pozulub[/b]
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45