[b]AŞPA məruzəçisi Bakıya gəlir[/b]
AŞPA-nın Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçisi, islandiyalı deputat Thorhild Sunna Evarsdottir Bakıya gələcək.
ONA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, bu barədə o, AŞPA-nın yaz sessiyası çərçivəsində keçirilən “Azərbaycanda siyasi məhbuslara dair” hesabatın dinləmələrində çıxışında bildirib.
“Mən aprelin axırı gəlməli idim, ancaq səfərim Formula 1 yarışları ilə üst-üstə düşdüyü üçün may, ya da iyun aylarında Azərbaycana səfərim gözlənilir”, - deyə T.S. Evarsdottir qeyd edib.
839