Milli Məclisin gündəliyi dəyişib.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, gündəlikdə olan məsələlərin sayı 21-dən 22-yə çatdırılıb.
Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə daxil edilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.