Rusiyanın yüzlərlə elit xüsusi təyinatlısı Ukraynada həlak olub – ARAŞDIRMA
01 sentyabr 2022 15:00 (UTC +04:00)

Rusiyanın yüzlərlə elit xüsusi təyinatlısı Ukraynada həlak olub – ARAŞDIRMA

Rusiya Ukraynada xüsusi əməliyyat adı verdiyi faktiki müharibə sırasında minlərlə hərbçisini itirib.  

Ölkənin Müdafiə Nazirliyi mart ayından başlayaraq hərbi itkilər barədə məlumatı məxfiləşdirsə də, sosial şəbəkələr və Rusiyanın fərqli regionlarından verilən məlumatlar vasitəsilə həlak olanların tam olmasa da, bir hissəsini müəyyən etmək mümkündür.

Xüsusilə, xüsusi təyinatlı qüvvələr bu müharibədə çoxsaylı itkilər verib.

İstər Qərb, istərsə də Rusiya analitikləri ordunun hücum əməliyyatlarına hazır olmadığını, ona görə də piyada qüvvələrin yerinə yetirməli olduğu döyüş tapşırıqlarını xüsusi təyinatlılar, dəniz piyadaları və desantçılar icra etməli olub.  

Lent.az BBC telekanalının Rusiyanın elit xüsusi təyinatlı qüvvələrinin itkiləri ilə bağlı apardığı araşdırmanı təqdim edir.

Sentyabrın 1-i üçün açıq mənbələrdən olan mənbələr əsasında Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının xüsusi təyinatlı qüvvələri (QRU) azı 151 hərbçisini itirib. Onların 22%-i zabitdir. “Mediazona” və könüllülərin araşdırmasına və yayılan nekroloqlara əsasən, “QRU”nun ən çox itki verən strukturu 22-ci xüsusi təyinatlı briqadasıdır. Bu briqada azı 30 döyüşçüsünü, o cümlədən aralarında bölük komandiri olmaqla, 4 zabitini itirib.

ABŞ-ın Hərbi Dəniz Analizi Mərkəzinin eksperti Maykl Kofman hər ölən rus əsgərinin üzərinə 3,5 yaralı düşdüyünü təxmin edərək təkcə 22-ci briqadanın 130-a qədər yaralısının olduğunu bildirib.

“QRU”nun digər birləşmələri də analoji itkilər verib. 24-cü qvardiya briqadası 4 zabit olmaqla 24, 3-cü xüsusi təyinatlı briqada isə 5-i zabit olmaqla, 26 döyüşçüsünü itirib.

Bundan başqa, Ukraynada döyüşlərdə 16-cı qvardiya briqadasının polkovnik-leytenant rütbəsində komandir müavini, həmçinin briqadanın mayor rütbəli baş qərargah rəisi və kapitan rütbəli bölük komandiri həlak olub.

Xüsusi təyinatlı qüvvələrin zabit heyətinin ölümü Rusiya üçün ən ağır və əvəzedilməz itkilər sayılır. Çünki əgər qumbaraatançı yaxud minomyotçular sıradan çıxarlarsa, onları əvəz etmək üçün yeni hərbçiyə bir neçə həftə, maksimum 1 ay tələb olunur. Amma “QRU”nun xüsusi təyinatlı dəstəsinin leytenantının hazırlanması üçün 4 il, kapitan rütbəsinə qədər qalxması üçün isə daha 4 il tələb olunur. Beləliklə, “QRU”nun zabiti tam hazırlıq keçməsi və hazırlığı üçün 8 il tələb olunur.

Rusiya Qvardiyası da müharibədə ciddi itkilər verib. Bu struktur əsasən, aksiyaların yatırılması, həmçinin konkret şəxsin yaxud silahlı dəstənin zərərsizləşdirilməsinə cəlb olunsa da, Ukraynada müharibəyə aktiv cəlb olunub. Bu günə qədər azı 245 “Rosqvardiya” əməkdaşının ölümü təsdiqlənib. Onlar əsasən, “OMON”, “SOBR” və s. xüsusi təyinatlı dəstələrin əməkdaşlarıdır.  

Ən çox itkilər “Rosqvardiya”nın Kazan şəhərində yerləşən “Bars” 25-ci xüsusi təyinatlı dəstəsi tərəfindən verilib. Bu dəstəsinin 10 döyüşçüsü Ukraynada həlak olub. Eyni sayda itkini Smolensk şəhərində yerləşən “Merkuriy” 26-cı xüsusi təyinatlı dəstəsi verib.

“Rosqvardiya”nın ilk xüsusi təyinatlı və ən prestjli “Vityaz” dəstəsində isə 2-si zabit olmaqla, azı 7 xüsusi təyinatlının ölümü təsdiqlənib.  

Rusiya Federal Təhlükəsizlik Xidməti də Ukraynada ciddi itkilər verib. Belə ki, ölkənin əsas xüsusi xidmət orqanının azı 20 əməkdaşı həlak olub. Onlar arasında FTX-nın Xüsusi əməliyyatlar idarəsinin Kamçatka diyarı üzrə rəisi Nikolay Qorban, polkovnik-leytenantlar Sergey Privalov, Vladimir Margiyev və Aleksey Kryukovun adı var.

Ukraynada həlak olan Rusiya hərbçilərinin təxminən 20%-nin Rusiya Hava Desant Qüvvələrinə aid olduğu bildirilir. Xüsusilə ilk həftələrdə desantçılar moto-atıcı bölmələrin görməli olduğu işi həyata keçirən zaman ciddi itkilər verib.

Açıq mənbələr ən çox itkilərin Kostroma şəhərində dislokasiya olunan 331-ci qvardiya alayında qeydə alındığını göstərir. Bu alayın rəsmən 80-dən çox döyüşçüsü, o cümlədən alay komandiri və daha 20 zabiti həlak olub.

Ən elit desant birliyi sayıldığı üçün 331-ci alay ən çətin tapşırıqların icrasında, o cümlədən martın əvvəllərində Kiyev istiqamətində hücumda əsas rolu oynayıb.

Ehtimal olunur ki, alayın müharibənin əvvəllərindən itkiləri şəxsi heyətinin 50%-ni keçib.

Hava Desant Qüvvələrinin daha bir çoxsaylı itkilər verən birliyi isə Stavropolda dislokasiya olmuş 247-ci qvardiya alayıdır. Ukrayna müharibəsindən keçən 6 ayda alay 63 hərbçisini, o cümlədən alay komandiri və 12 zabitini itirib.

Hərbi əməliyyatların cənub qanadında aktiv olan dəniz piyadaları da çoxsaylı itkilər verib. Açıq mənbələr Krımda dislokasiya olunan 810-cu briqadanın daha çox itki verdiyini göstərir. Bu briqadanın dəniz piyadaları azı 56 hərbi qulluqçusunu, o cümlədən 2 briqada komandirini itiriblər. Belə ki, martda həlak olan Aleksey Şarovun yerinə briqada komandiri təyin olunmuş Sergey Kens də iyulda Ukraynada öldürülüb.

Dəniz piyadalarının 336-cı briqadası 40, 155-ci briqadası isə 52 hərbçisini itirib.  

Bundan başqa, sentyabrın 1-i üçün Rusiya Hava Kosmik Qüvvələrinin 67 pilotu Ukraynada həlak olub. Bu itkilər Rusiya üçün xüsusilə həssasdır. Çünki təyyarə və helikopter pilotları istənilən ordunun elitası sayılır və onların sayı az olur. Bir pilotun hazırlanması üçün 15-17 il çəkir və 12-14 milyon dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4446
avatar

Vüqar İsmayılov

Oxşar yazılar