Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.
Lent.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın evindədirlər və hüquq-mühafizə orqanları evdə axtarışları davam etdirirlər.
Məlumata görə, Köçəryan ailəsinin üzvləri də hazırda evdədirlər.
Qeyd edək ki, bundan əvvəl Robert Köçəryanın Antikorrupsiya Komitəsinə aparıldığı, oğlu Levon Köçəryanın evində isə axtarış keçirildiyi bildirilmişdi.