Qərbin qarayaxanları, siyasi korlar...
22 sentyabr 2021 12:01 (UTC +04:00)

Qərbin qarayaxanları, siyasi korlar...

Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Ötən il Azərbaycan illər sonra öz torpaqlarını işğaldan azad etdikdən sonra dünya bu qüdrətə bir daha şahidlik etdi.
Amma  indi məlum olur ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin birinci ildönümü ərəfəsində ölkəmizə qarşı növbəti çirkin qarayaxma kampaniyasına start verilib. Ölkədəki mövcud durum, xalq-dövlət birliyi qərbdə çoxlarını qane etmir və nəyin bahasına olursa-olsun bu birliyi, sabitliyi pozmağa çalışır. Vətən Müharibəsində tarixi Qələbənin birinci ildönümü ərəfəsində Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durum və hakimiyyətdə təmsil olunmuş müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasına başlamaq niyyətindədirlər.

Qərbin müəyyən dairələrinin və onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də müşahidə olunub. Heç kimə sirr deyil ki, hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda və ya Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək tədbirlər keçiriləndə (məsələn, Eurovision 2012, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, mühüm enerji və iqtisadi layihlər, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlər) bu tipli hücumlar və qarayaxma kampaniyaları təşkil olunur. Qərb dairələri bununla beynəlxalq ictimaiyyətin diqqətini keçirilən tədbirlərdən yayındırmaq, əsassız və qərəzli şəkildə Azərbaycanı hədəfə gətirmək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycana əlavə problemlər yaratmaq məqsədi güdüblər. Azərbaycanın tarixi Qələbəsindən sonra həmin dairələr Azərbaycanda müharibə dövründə daha da möhkəmlənmiş, sarsılmaz milli birlikdən bərk narahatdırlar. Buna görə də təşkil olunan yeni kampaniyanın əsas məqsədi milli birliyi, xalqın öz liderinə, hakimiyyətə olan inamını və etibarını sarsıtmaqdır.

Qərb dairələri Azərbaycanın müharibədə qələbəsini həzm edə bilmirlər və sülh prosesinə zərbə vurmağa çalışırlar. Almaniya və ABŞ mediasında son zamanlar təşkil olunan ünvanlı qarayaxma kampaniyalarının əsas məqsədi də budur. Həmin dairələr qondarma problemləri ortaya atır, onun beynəlxalq miqyasda müzakirəsini təşkil etməyə, mövzunu Azərbaycanın informasiya məkanına keçirtməyə çalışırlar. Azərbaycan ictimaiyyəti, mediası belə məsələlərdə həssas olmalı, bu tipli kampaniyaları təşkil edənlərə və daxildə ondan yararlanmağa çalışanları meydan verməməli və öz qəti sözünü deməlidir. Ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılmasının səbəblərindən biri də Azərbaycanın prinsipial xarici siyasət həyata keçirərək öz milli mənafeyini qətiyyətlə müdafiə etməsidir digər tərəfdən, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə uğurla çatdırılır, erməni lobbisinin "qara piar" kampaniyası iflasa uğradılır. Bununla yanaşı, Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrəti artdığı halda, Ermənistanın regionda təcrid vəziyyəti dərinləşir, işğalçı ölkədə sosial-iqtisadi tənəzzül və ictimai-siyasi gərginlik davam edir. 
Ölkəmizdə möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcuddur, müxtəlif xalqların nümayəndələri dinc şəraitdə və mehriban şəkildə yaşayırlar. Azərbaycan dünyaya nümunəvi tolerantlıq modeli təqdim edib, cəmiyyətimizdə multikultural ənənələr və dəyərlər hökm sürür. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi də Azərbaycanın müsbət imici, ölkəmizdəki dinamik inkişaf və ictimai-siyasi sabitliklə əlaqədardır. Əfsuslar olsun ki, anti-Azərbaycan dairələrin göstərişləri əsasında hərəkət edən  antimilli ünsürlər bu sabitliyin pozulmasının tərəfdarı kimi çıxış edirlər. 
Amma bu qara qüvvələrin qaryaxmaları, qara çirkab kimi öz üzərlərinə sıçrayacaq. Keçməz, xalq-Dövlət birliyi artıq öz monolitliyini sübut edib. Bunu görməmək isə siyasi korluqdu.

# 1743
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar