Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.
APA-nın məlumatına görə, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 70,5 faiz (46 min 225 seçicidən 27254 nəfər) seçici səs verib. Ən passiv dairə isə 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 24.9 faiz (53 min 4 seçicidən 13 min 771 nəfər) təşkil edib.