Azərbaycanda növbədənkənar parlament seçkilərində 6189 nəfər ilk dəfə səs verəcək.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən mətbuat konfransında bildirib.
MSK sədri deyib ki, ən yaşlı seçicinin 126 yaşı var. Onun adı Allahverdiyeva Səmərqənddir. Ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var.
99 nəfərin 18 yaşı səsvermə günü tamam olacaq.