İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...
30 may 2023 20:34 (UTC +04:00)

İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

İranın İsraili xəritədən silməyə çağırdığı və bu istiqamətdə hərəkət etdiyi və onun mənfur təhlükəsini reallaşdırmağa kömək edə biləcək kütləvi qırğın silahlarının ardınca getdiyi bir vaxtda,  İranın öz qonşusuna, tərəfdaşımız Azərbaycana qarşı hədə-qorxu gələrək terror törətdiyi bir vaxtda mən əfsanəvi şair, bu ölkənin doğma oğlu Nizami Gəncəvinin sözlərini xatırlatmaq istərdim: "Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır".

Xatırlatmaq lazımdır ki, bizim aramızda olan ittifaq - təcavüzə, nifrətə, ekstremizmə və fundamentalizmə qarşı, sülh, demokratiya və birgəyaşayışın tərəfdarıdır və bu münasibətlər təkcə Yaxın Şərqdə və Avro-Asiya sferasında deyil, bütün dünyada dövlətlər və xalqlar arasında tərəfdaşlıq üçün nümunə ola bilər və olmalıdır.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin müstəqilliyinin 75-ci il dönümünə həsr olunmuş tədbirdəki çıxışında Bakıda səfərdə olan İsrail Prezidenti İshaq Herzoq deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Oxşar yazılar