İran Ordusu Azərbaycanla sərhəddə niyə təlimlər keçir? - Səfir açıqladı
24 sentyabr 2021 19:31 (UTC +04:00)

İran Ordusu Azərbaycanla sərhəddə niyə təlimlər keçir? - Səfir açıqladı

“İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox”.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib, bu, planlı təlim olub: “Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.

# 4509
avatar

Oxşar yazılar