İki düşmən deputat duelə  çıxır
22 may 2025 18:06 (UTC +04:00)

İki düşmən deputat duelə çıxır

Slovakiyada iki düşmən siyasətçi boks rinqində aralarındakı fikir ayrılıqlarını həll etməyə razılaşıblar.
 
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Avropa Parlamentində “Republika” hərəkatının deputatı Milan Mazurek və “Tərəqqiçi Slovakiya” partiyasından David Dey arasında sosial mediada mübahisə yaşanıb. Dey mübahisələrdən “yorulub” və rəqibini döyüşmək üçün rinqə çıxmağa dəvət edib.

"Gəlin sosial mediada mübahisə etməyək. Ona görə də sizə meydan oxuyuram: gəlin boks görüşü keçirək. Axı sən, belə sağlam oğlan, hansısa liberal mütərəqqi adamdan qorxa bilməzsən", - Dey Mazurekə deyib.

Mazurek dərhal olmasa da, bu təkliflə razılaşıb. O, Deyin çəki və boy baxımından üstünlüyünə, eləcə də peşəkar boksda təcrübəyə malik olduğuna işarə edərək bunu təxribat hesab edib.

Sonda o, duelə çıxmaq qərarına gəlib və hətta belə bir görüşün yerini də açıqlayıb. Mazurek döyüşü iyunda Bratislavada keçirməyi təklif edir.

"Madam ki, siz “Proqressiv Slovakiya”da kor-koranə uduzmuşsunuz və nəyisə sübut etmək istəyirsiniz, mənim heç bir problemim yoxdur. İndi iyun ayında həftəsonu seçin. Mən məmnuniyyətlə Bratislavada sizin yanınıza gələcəm, bunu edə biləcəyimiz idman zalı bilirəm. Hətta heç bir problem olmadan oyunun çəkilişini apara bilərsiniz", - siyasətçi deyib.

Dey və Mazurek arasındakı düşmənçilik: Əvvəllər nə olub?

Sosial şəbəkələrdə Deyin Mazurek “nasist” adlandırdığı video yayımlanıb. Siyasətçi rəqibinin Bratislavada ərəb ailəsinə edilən hücumda iştirakını da xatırladıb.

Cavab olaraq, Mazurek Deyin görünüşü və cinsi kimliyi ilə bağlı mübahisəli ifadələr haqqında mənfi şərhlər edib:

"Bu, özünü David Qey adlandıran qadın döşləri olan bir məxluqdur və mən həqiqətən onun cinsini müəyyənləşdirmək istəmirəm, çünki bu PSniklərlə heç vaxt təxmin edə bilməzsən. Səhər kişi kimi oyanır, axşam - qadın, gündüz o, helikopter, təyyarə və ya timsah ola bilər".

Qeyd edilir ki, Milan Mazurek “Frontinus” radiostansiyasının efirində irqçi bəyanatlara görə məhkum edilib, bundan sonra onun deputat səlahiyyətlərinə xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar