Əhməd Orucun oğlu Prezidentə təşəkkür etdi
22 aprel 2020 16:16 (UTC +04:00)

Əhməd Orucun oğlu Prezidentə təşəkkür etdi

Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi adından oğlu Abdul Oruclu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb. Məktubda aşağıdakılar qeyd olunub:

"Möhtərəm cənab Prezident.

İcazə verin, ailəmiz üçün ən çətin anlarda – atam, Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətindəki problemlər ucbatından düşdüyümüz çıxılmaz vəziyyətdə bizə etdiyiniz yardıma, göstərdiyiniz dəstək və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildirək.

Sizə olan təşəkkür və rəğbətimiz sonsuzdur. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə aparılan bu gərgin şəraitdə bizə göstərdiyiniz xüsusi diqqət, müxtəlif siyasi baxışlara məhəl qoymadan atdığınız nəcib addım Sizin ən yüksək insani keyfiyyətlərə malik əsl lider olduğunuzu bir daha təcəssüm etdirir. Sizin və çox hörmətli Mehriban xanımın hər bir vətəndaşı düşünməsinin, ehtiyacı olan hər bir kəsin yardımına tələsməsinin bariz nümunəsini şəxsən gördük.

Atamın həyatı ciddi təhlükə altında olduğu məqamda etdiyiniz əvəzsiz köməyi heç vaxt unutmayacağıq.

Tanrı Sizi qorusun, cənab Prezident".

(Azərtac)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2799
avatar

Oxşar yazılar