Ədliyyə Nazirliyində yeni qeydə alınmış partiyaların sədrləri ilə görüş olub
16 aprel 2020 20:30 (UTC +04:00)

Ədliyyə Nazirliyində yeni qeydə alınmış partiyaların sədrləri ilə görüş olub

 

Ədliyyə Nazirliyində yeni qeydə alınmış iki siyasi partiyanın sədri ilə görüş keçirilib.

APA Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyatı ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə edib və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095
avatar

Oxşar yazılar