Azərbaycanın tanınmış maarifçisi, Türkiyənin tanınmış siyasətçisi, jurnalist Əhməd bəy Ağaoğlunun nəvəsi, Türkiyənin tanınmış musiqiçisi Əhməd Güvenç Azərbaycan-Ermənistan arasında baş verən müharibədən danışdı.
Lent.az xəbər verir ki, Əhməd Güvənc işğaldan azad edilən Azərbaycan torpaqlarının sevincini kulis.az-la bölüşüb:
“İllər əvvəl Azərbaycana gələndə çox əsəbləmişdim. Çıxışımda Azərbaycan bayrağındakı qırmızı rəngin qanla yazılması gərəkliyini söyləmişdim. 92-93-cü illərdə Azərbaycanda indiki ruh, ordu olsaydı, ermənilər əsla Qarabağa girə bilməzdi. Azərbaycan xalqının bugünkü milli ruhu ilə, ordusunun gücü, əzəməti ilə qürur duyuram. Bir gün işğal sona çatacaq. Ən böyük arzum Şuşa işğladan azad olunduğu zaman ata evimi ziyarət etməkdir. O günü səbrlə gözləyirəm. Türkiyə Azərbaycanın haqlı olduğu bu savaşda hər zaman Azərbaycanın yanındadır. Bu saat bütün Türkiyə xalqının da qəlbi Azərbaycanda - Qarabağda döyünür. Başqa cür ola da bilməzdi. Çünki biz eyni millətik.
Qeyd edək ki, Əhməd Güvenç Türkiyənin məşhur musiqi qruplarından olan “Kurtalan Ekspres”in baş gitaristi olub. Barış Mançonun ifasında məşhur olan “Gülpəmbə” mahnısının bəstəkarıdır.