Türkiyənin vitse-prezidenti: “Can Azərbaycan, daha güclü şəkildə yanında olmağa davam edəcəyik”
17 oktyabr 2020 08:20 (UTC +04:00)

Türkiyənin vitse-prezidenti: “Can Azərbaycan, daha güclü şəkildə yanında olmağa davam edəcəyik”

“Bunun adı xainlik, qorxaqlıq, haqq-hüquq tanımamaqdır”.

APA-nən məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “Twitter” hesabında yazıb. 

O bildirib ki, hərbi cinayətlər törədən terrorçu və işğalçı dövlət Ermənistan Gəncədə yaşlı, qadın, uşaq ayırmadan mülki insanları hədəf aldı: “Kirli üzünü bir daha göstərdi. Hər mövzuda sözü olan beynəlxalq təşkilatların işğalçı Ermənistanın mülki insanları öldürməsinə səssiz qalması təəccüb doğurur. Heç bir insanlıq suçu cəzasız qalmaz. Can Azərbaycan, daha güclü şəkildə yanında olmağa davam edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712
avatar

Oxşar yazılar