“Biz Milli Məclisin son iclaslarında Azərbaycan Ordusunun qələbə sevincini bölüşürük”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamenti sədri Sahibə Qafarova deyib.
O bildirib ki, Vətən müharibəsində bizim hədəflərimiz bəllidir: “Bu hədəfləri Prezident İlham Əliyev müəyyən edib: Ərazi bütövlüyümüzün bərpası üçün bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatmaqdadır. İndi də xalqımız əmindir ki, Azərbaycanın haqq işi uğrunda mübarizəsinin qələbə ilə başa çatacağı gün uzaqda deyil. Bunu düşmən də yaxşı bilir. Buna görə də ən çirkin əməllərə əl atır. Düşmən bunu da bilməlidir ki, onun xaincəsinə törətdiyi cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq. Bunu düşmən əslində yaxşı bilir”.