Prezident: "Hər kəs bilməlidir ki, bu gün döyüşlər Azərbaycanın torpaqlarında gedir"
15 oktyabr 2020 17:57 (UTC +04:00)

Prezident: "Hər kəs bilməlidir ki, bu gün döyüşlər Azərbaycanın torpaqlarında gedir"

“Sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi baza prinsiplərində təsbit olunub. Baza prinsipləri arasında bu da var. Amma bu məsələ bu prosesin son mərhələsində öz həllini tapmalı idi. Nəzərə alsaq ki, baza prinsipləri razılaşdırılmayıb, hələ ki, onlar sadəcə olaraq müzakirə mövzusudur, indidən bu məsələ barədə fikir söyləmək bilmirəm nə dərəcədə düzgün ola bilər”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu məsələ Ermənistanla Azərbaycan arasında geniş müzakirə olunmadığı üçün sülhməramlı qüvvələrin kimdən təşkil edilməsi, hansı ölkələr orada olmalıdır, bunun tərkibi nə olacaq – bu, heç müzakirə olunmayıb: “Ona görə indiki şəraitdə - döyüşlərin fəal mərhələsi hələ ki, davam edir bu məsələ hesab edirəm ki, bir qədər tezdir. Əlbəttə ki, bu işdə Azərbaycanın sözü mütləq nəzərə alınmalıdır və alınacaq. Çünki hər kəs bilməlidir ki, bu gün döyüşlər Azərbaycanın torpaqlarında gedir. Beynəlxalq hüquq baxımından bu bizim torpağımızdır, tarixi ədalət baxımından bu bizim torpağımızdır. Və Azərbaycana hər hansı başqa ölkənin Silahlı Qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadan mümkün deyil”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar