Nazirlikdən XƏBƏRDARLIQ: ermənilər saxta SƏS YAZISI yayıb - AUDİO
02 oktyabr 2020 10:58 (UTC +04:00)

Nazirlikdən XƏBƏRDARLIQ: ermənilər saxta SƏS YAZISI yayıb - AUDİO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi düşmənin növbəti təxribatı haqqında məlumatı təqdim edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Lent.az-a verilən məlumata görə, cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.

Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir.

Lent.az səsyazısını təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Mehman Nəbiyev

Oxşar yazılar