Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının (AfD) 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər.
Heç kimə sirr deyil ki, AfD” Almaniyada olduqca mənfi imicə malikdi. Partiyanın əsas məqsədlərindən biri də, Almaniyanı "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarətdir.
Alman nasistlərinin Dağlıq Qarabağa gəlişi göstərir ki, bu gün Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş rejimin bütün ümidi nasist-faşist ideologiyasının daşıyıcılarına və terrorçulara qalıb. Suriya və Livandan kürd terror dəstələrinin üzvlərinin muzdlu kimi bölgəyə gətirən Ermənistan, Avropada nasist ideologiya daşıyıcılarının dəstəyinə ümid edir.
Yerevanın mərkəzində faşist cəlladı Qareqin Njdeyə heykəl qoyan Ermənistanın faşizmə rəğbət bəsləyən "Almaniya üçün alternativ" partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi bu ölkənin xisləti üçün təbii bir hal kimi görünür.
Əslində Bundestaqda təmsil olunan AfD partiyasının üç təmsilçisinin Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər etməsi gözlənilən idi. Çünki ideologiyası eyni olan siyasi qüvvələr bir-birinə dəstək verməlidir. Afd-nin siyasi ideologiyası Ermənistanın faşizm siyasəti ilə üst-üstə düşür.
Ermənistanda faşizm və terrorizm rəsmi dövlət siyasətidir. Uzun illərdir ki, rəsmi İrəvan dünyanın hər yerində olan terrorçularla əməkdaşlıq edir , terroristləri işğal etdiyi Azərbaycan torpaqların gətirərək onlara təlib keçir, muzdlu döyüşçü kimi dinc əhaliyə qarşı istifadə edir. Millət vəkili Hikmət Babaoğlu deyir ki, faşizmə rəğbət bəsləyən "Almaniya üçün alternativ" partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi də bu ölkənin faşist xislətinin göstəricisidir .
“Bu günlərdə cinayətkar hərbi xunta rejimi Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə dəvət edib . Almaniyada olduqca mənfi imicə sahib olan bu partiyanın əsas məqsədi , Almaniyanı "islamlaşmaqdan xilas etmək”, miqrantları sıxıxışdıraraq ölkədən qovmaq onlara qarşı diskriminasiya siyasəti yeritməkdən ibarətdir . Elə nasizmə xidmət edən Ermənistan da eyni siyasəti həyata keçirərək monoetnik dövlət qurub. Hazırda ermənilərlə əməkdaşlıq edən neonasistlər də Almaniyada irqçi, islamafob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir, bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər. Ermənilər faşist Qaragin Nijde ilə fəxr etdikləri kimi, partiyanın həmsədrlərindən biri Aleksandr Qauland da alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri "qəhrəmanlıqları"la fəxr edir . Hazırda terrorçu Paşinyan və onun nasist komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilmirlər”.
Heç kmə o da sirr deyl ki, Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət apararaq önların iç üzünü, işğalçı və irqçi olmalarını bütün dünyaya tanıtdı. Gəncə terroru ilə bağlı Avropa İttifaqının bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidini puç etdi . “Aİ-nin bu bəyanatı işğalçı ölkədə isterika ilə qarşılandı. Bütün cəbhələr üzrə məğlub olan düşmən hazırda yeganə nicat yolunu terroristlərlə ittifaqda görür. Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş seperarçı rejimin nasist-faşist ideologiyasının daşıyıcıları və terrorçulara tərəfdaş olur. Bir tərəfdən Suriya və Livandan PKK/YPG dəstələrinin üzvlərinin muzdlu kimi bölgəyə gətirir digər tərəfdən isə, Avropada neonasist ideologiya daşıyıcılarının dəstəyinə ümid bağlayır. Ancaq bunların heç biri işğalçı və terrorist Ermənistanı xilas edə bilməyəcək. Azərbaycan ən qısa zamanda öz haqlı davasında qalib çıxacaq".