“Azərbaycan Prezidentinin də öz müraciətində dediyi kimi, Azərbaycan xalqının yeni tarixi yazılır. Ruhumuzun millət olaraq əsarətdən qurtulması tarixi yazılır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycan Ordusunun rahat hərəkətini təmin etmək üçün bu gün diplomatik sahələrdə böyük işlər görülüb:
“Ötən əsrdə Azərbayacan qlobal ictimai rəyi öz lehinə dəyişməyi bacarıb. Bu gün bəzi istisnalar olmaqla Azərbaycanın haqq işi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Ancaq ATƏT-in Minsk Qrupu olan Fransanın son bəyanatları, açıqlamaları təəssüf doğurur. Bu gün Fransa Azərbaycan əleyhinə lobbiçilik fəaliyyətinə başlayıb. Fransa, eyni zamanda, həmsədrlərin radikal qərarlar qəbul etməsinə çalışır. Bu mövqe qəbuledilməzdir. Bundan sonra bizi diplomatik olaraq çox ciddi danışıqlar prosesi gözləyir. ATƏT-in Minsk Qrupunun həmsdər ölkəsindən biri Türkiyə olmalıdır”.