DSX: “Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb
04 iyun 2020 19:18 (UTC +04:00)

DSX: “Keşikçidağ”da təxribat xarakterli hadisə qeydə alınmayıb


“Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nın Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan – Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb", - deyə məlumatda qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2734
avatar

Oxşar yazılar