“Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağda atəşkəslə bağlı çağırışlarına anlayışla yanaşırıq. Heç kim müharibə istəməz”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, atəşkəslə bərabər Ermənistana Azərbaycan torpaqlarını tərk etməklə də bağlı çağırış edilməlidir.
“Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları xatırladılmalıdır. Əgər Ermənistana işğal etdiyi torpaqları tərk etməklə bağlı çağırış edilərsə, o zaman beynəlxalq ictimaiyyətin həqiqətən də münaqişənin həllində maraqlı olduğunu deyə bilərik. Amma təəssüf ki, bu çağırış edilmir. Qısacası, Minsk Qrupu olaraq tezliklə geniş formatda görüşməliyik və nə edəcəyimizə qərar verməliyik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.