"İlkin təəssüratlarım budur ki, biz seçki məntəqlərində yaxşı qarşılandıq. Biz məcburi köçkünlər üçün təşkil olunan səsvermə məntəqələrində olduq. Burada müstəqil müşahidəçilər, namizədlərin müşahidəçiləri öz müşahidələrini aparırlar".
APA-nın xəbərinə görə, bunu ATƏT PA-nın xüsusi nümayəndəsi Andreas Notelle deyib.
Xüsusi nümayəndə bildirib ki, səhər seçki başlayandan 6 seçki məntəqəsində olub: "Bu gün digər müşahidə missiyalarının nümayəndələri ilə müzakirələr aparacağıq. Həmçinin Mərkəzi Seçki Komissiyasının müşahidəçiləri ilə görüşümüz gözlənilir".