“Dağıq Qarabağ münaqişəsi 30 ildir ki, irinləyir. ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin ilkin mərhələsinə qayıtmasını arzu edirlər. Hansı ki, orada Azərbaycanın suveren sərhədləri var və erməni əhali bu sərhədlər çərçivəsində yaşayırlar. Bu, razılaşdırıla və o zaman münaqişə başa çata bilər”.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison deyib.
“Bu müddətdə biz hər iki tərəfi cəsarətləndiririk və mən inanıram ki, hər iki ölkənin Xarici İşlər nazirləri Vaşinqtonda görüşəcəklər. Ən azından onların bu həftə Vaşinqtonda qarşıdurmanın dayandırılmasını müzakirə etmək üçün görüşməsi kimi bir plan var. Münaqişə Azərbaycanın sərhədləri və suverenlik məsələləri çərçivəsində həll olunmalıdır. Bu, bizim çalışdığımız məsələdir. Rusiya da, Fransa da bu istiqamətdə çalışır. Biz ümid edirik ki, onlar bu qrupla və ya onların hər ikisinin razılaşa biləcəyi istənilən qrupla razılıq əldə edəcəklər. Bu, bəhs etdiyimiz problemin həlli üçün etibarlı olardı. Beləliklə, bu ərazidə münaqişə həllini tapardı”, - deyə ABŞ-ın NATO-dakı səfiri qeyd edib.