Bir qrup hərbi qulluqçu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi
25 dekabr 2020 21:15 (UTC +04:00)

Bir qrup hərbi qulluqçu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, sərəncama əsasən, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif ediliblər.

# 13419
avatar

Oxşar yazılar