ABŞ-da keçirilən prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş başqanı Kamal Kılıçdaroğluna səslər verilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Virciniya ştatında keçirilən seçkidə Kılıçdaroğlunun adının seçki bülleteninə yazılması sosial mediada trend mövzusuna çevrilib.
ABŞ-da prezident seçkilərində səsvermə prosesi davam edərkən sosial mediada paylaşılan bir bülleten də trend mövzusuna çevrilib.
Virciniya ştatında bir seçicinin seçki bülleteninə keçmiş CHP başqanı Kamal Kılıçdaroğlunun adını yazdığı görülüb.
Seçki bülleteni sosial mediada trend olarkən bəzi istifadəçilər “Biz irəlidəyik” və “Kamala Kılıçdaroğlu” şərhlərini yazıblar.