Yunanıstanlı bir qrup akademikdən Azərbaycan Prezidentinə MƏKTUB
14 oktyabr 2020 19:23 (UTC +04:00)

Yunanıstanlı bir qrup akademikdən Azərbaycan Prezidentinə MƏKTUB

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edən yunanıstanlı akademiklər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri,

Hazırda Dağlıq-Qarabağdakı vəziyyəti böyük narahatlıqla izləyirik.

Biz həlak olanlarla əlaqədar Sizə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik. Akademiklər olaraq düşünürük ki, BMT-nin 75-ci ildönümündə hər kəs təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir.

Uzun illər ərzində biz tərəfdaşımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə dialoq, tolerantlıq və anlaşmanı təşviq etmək üçün çalışmışıq. Ümid edirik ki, ortaq dünyamız naminə bu işi bundan sonra da davam etdirəcəyik. İnanırıq ki, bizimlə eyni fikirdə olan insanları bir araya gətirməli və onları qorumalıyıq. Çünki onların müdrikliyinə və təcrübəsinə ehtiyacımız var.

Son səkkiz ildə Davamlılığa Keçid Klasteri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə dünyanın üzləşdiyi ən aktual məsələləri təbliğ etmək üçün birgə çalışırıq.

Hörmətlə,

Fibi Kunduri – Afina İqtisadiyyat və Biznes Universitetinin professoru, Ətraf Mühit və Resurslar üzrə İqtisadçıların Avropa Assosiasiyasının Prezidenti

Lidiya Papadaki – Birləşmiş Millətlər Təşkilatının Yunanıstandakı Davamlı İnkişaf Şəbəkəsinin meneceri

Mariya Lentudi – Davamlılığa Keçid üzrə Klaster Qrupunun kommunikasiya rəhbəri

Akiles Vassilopulos – İonnina Universitetinin dosenti

Angelos Plataniotis – Afina İqtisadiyyat və Biznes Universitetinin professoru, tədqiqatçı

Angelos Alamanos – tədqiqatçı

Lidiya Stergiopolu – Ətraf Mühit və İqtisadiyyat üzrə Tədqiqatlar Mərkəzinin tədqiqatçısı

Aris Mussolides – professor

Sofiya Mantafuni – Afina İqtisadiyyat və Biznes Universitetinin baş meneceri

Panayiotis Sofronidis – tədqiqatçı

Kutsibu Eleni – Ali Məhkəmədə vəkil, Afina Universitetinin Hüquq fakültəsində elmi işçi

Pol Lentudis – Patras Universitetinin professoru”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763
avatar

Oxşar yazılar