"Xüsusi karantin rejimi dövründə KİV-ə məhdudiyyət yoxdur, KİV öz fəaliyyətlərini davam etdirəcək. Çünki informasiyanın alınması, ötürülməsi, strateji əhəmiyyətli və mühüm məsələdir".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib: "Amma jurnalist də rayon və şəhərlərarası məhdudiyyətə əməl etməlidir. Bakıdadırsa, ancaq Bakı, Sumqayıt və Abşeronda hərəkət azadlığı var. Bakı, Sumqayıt və Abşeronun hüdudlarını keçib, başqa ərazilərə gedə bilməz. Digər rayonlarındakı jurnalistlər də həmçinin...”
DİN Baş İctimai Təhlükəsizlik və İdarəsinin rəis müavini Əziz Baqişev bildirib ki,
karantin rejimi qaydalarına əsasən hər bir vətəndaşın üzərində şəxsiyyət və iş vəsiqəsi və ya arayış olmalıdır: "Belə olanda fəaliyyətinə icazə verilmiş idarə əməkdaşları və jurnalistlər də şəxsiyyət vəsiqəsindən əlavə, ya iş vəsiqəsini, ya da arayışı göstərməklə hərəkət edə bilərlər".