Xarici hərbi attaşelərə ermənilərin yaydıqları saxta xəbərlər barədə məlumat verildi - VİDEO
01 oktyabr 2020 19:51 (UTC +04:00)

Xarici hərbi attaşelərə ermənilərin yaydıqları saxta xəbərlər barədə məlumat verildi - VİDEO

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən oktyabrın 1-də Azərbaycan Respublikasında akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar edən hadisələr haqqında brifinq verilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, əlavə olaraq, işğal olunan ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı, düşmən qüvvələrinə vurulmuş ziyan və digər məsələlər haqqında da qonaqlar məlumatlandırılıblar.  
Brifinqdə həmçinin mülki əhali və infrastruktura qarşı yönəlmiş təxribat fəaliyyətləri diqqətə çatdırılıb. Qeyd edilib ki, Ermənistan tərəfi beynəlxalq humanitar qanunlara və prinsiplərə məhəl qoymayaraq, məqsədli şəkildə qoşunların qarşıdurma xəttindən xeyli uzaqda olan mülki yaşayış məntəqələrini hədəfə alaraq artilleriya atəşinə tutur.
Əlavə olaraq, sosial media vasitəsilə ermənilərin yaydıqları saxta xəbərlər və həqiqətləri əks etdirməyən məlumatlar barəsində də məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817
avatar

Oxşar yazılar