Koronavirus pandemiyasının ölkədə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlar, görülən tədbirlər, göstərdiyi diqqət və qayğıya görə ölkənin müxtəlif guşələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
APA-nın məlumatına görə, Beyləqan rayonundan 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan leytenant İlham Əliyev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin ölkəmizi COVİD-19 virusundan qorumaq üçün atdığınız hər addımınızı alqışlayırıq. Siz bizi bizdən də çox düşünürsünüz. Ona görə də Sizə ailəmiz adından təşəkkür edirəm. Bu çətin günlərdə də xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, dövlətimizin başındasınız. Ulu Tanrı Sizi və ailənizi qorusun”.
Növbəti məktubu dövlət başçısına Ağcabədi rayonundan Natiq Əlişov göndərib. “Möhtərəm cənab Prezident.
Dünyada geniş yayılmış yeni koronovirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcəkdir. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronovirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Koronavirusa qarşı mübarizə tədbirləri sahəsində imzaladığınız Sərəncamlar, açılan yeni xəstəxanalar, yeni fabriklər göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaqdır. Dövlətimiz bu gün də öz vətəndaşının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma bütün qarabağlılar adından təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun”, – deyə N. Əlişov məktubunda yazır.
Daşkəsən rayon sakinləri Abbas Tağıyev, Saleh Qurbanov, Oktay
Cəfərov, İdris Bağırov və başqalarının Azərbaycan Prezidentinə ünvanladıqları məktubda dövlət başçısının rəhbərliyi ilə altında koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər təqdirəlayiq olduğu qeyd edilir: “Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər təqdirəlayiqdir. Qəbul edilən qərarlara uyğun olaraq rayonumuzda da xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir. Küçə və prospektlərdə, ayrı-ayrı ərazilərdə, yaşayış binalarında və inzibati binalarda dezinfeksiya işləri aparılır. Aztəminatlı ailələrə maddi yardım göstərilir, əhalinin sağlamlığının qorunması üçün mühüm tədbirlər görülür.
Cənab Prezident, qabaqlayıcı tədbirlərin vaxtında keçirilməsi üçün verdiyiniz qətiyyətli tapşırıqlar öz səmərəsini verir. Azərbaycan bu bəladan da üzüağ çıxacaq.
Rayonumuzun bütün sakinləri adından görülən işlərə görə minnətdarlığımızı bildirərək gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Ucar rayonundan Niyaz Xəlilov yazır: “Möhtərəm cənab Prezident.
Dünyanı cənginə almış pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, bəzi dövlətlərin bu virusa biganə yanaşdığından çətin vəziyyətə düşdüyü halda, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanımızda bütün qabaqlayıcı tədbirlər görüldü. Siz Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, qərarlar qəbul edirsiniz. İnanırıq ki, bəşəriyyət, xalqımız tezliklə bu bəladan xilas olacaqdır.
Cənab Prezident, Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi Prezidentimizlə qürur duyuruq. Allah Sizi qorusun”.
Daha bir məktubu Prezident İlham Əliyevə Tərtər rayonu İsmayılbəyli kəndini sakini Eldar Əsədov göndərib. O, məktubunda yazır: “Əziz Prezidentimiz.
Biz tərtərlilər həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır günlərdə bizimlə olub, xalqa həmişə dəstək göstərmisiniz. COVID-19-un dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunub. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq üçün özümüzü müvəqqəti olaraq təcrid etməliyik. Evdə qalmalıyıq ki, normal həyatımıza sağlam dönək.
Bu çətin dönəmdə əhalinin müxtəlif təbəqələrindən olan insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var”.
Gəncə sakini Veysəl Vəliyev isə məktubunda yazır ki, hazırda dünya dəhşətli bir bəla ilə üz-üzədir. “Azərbaycan bu qlobal problemdən az itki ilə çıxmaq üçün ciddi addımlar atır. Bütün bunlar Sizin həyata keçirdiyiniz səmərəli tədbirlərin nəticəsidir.
Mən O.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində magistr təhsili alıram və Sizin göstərişinizlə martın 27-də xüsusi reyslə Rusiyadan ölkəmizə gətirilən tələbələrdən biriyəm. Bizi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa Atletlər kəndinə apardılar. Əvvəlcədən burada hər cür şərait yaradılmışdı. Ölkəmizin malik olduğu bu imkanlar məni qürurlandırdı. Çünki böyük dövlətlərin koronavirusa qarşı mübarizədə neçə çarəsiz qaldıqlarını hamı görür. Ancaq xaricdən gələn tələbələrimizə burada göstərilən diqqət və qayğı mükəmməl idi. Səliqə-sahman, vaxtında düzgün qidalanma, müayinə, həkimlərin xüsusi diqqəti məni çox sevindirdi. Karantində 14 gün qaldıqdan sonra evimizə göndərildik. Artıq ailəmə qovuşmuşam.
Cənab Prezident, karantin müddətində mənə göstərilən diqqət və qayğıya görə həm öz adımdan, həm də valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Azərbaycanımızın Sizin kimi lideri var. Siz hər zaman Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Ona görə də mən bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm. Bir hüquqşünas kimi söz verirəm ki, yürütdüyünüz müstəqil siyasətinizin hər zaman dəstəkçisi olacağam. Tanrı Sizi qorusun”, - deyə o məktubunda qeyd edir.
Tərtər rayonu, Bəyimsarov kəndindən 1-ci dərəcəli “Əmək” ordenli fermer Fazil Vəliyev isə Azərbaycan Prezidentinə yazır: “Bu çətin günlərdə - ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, dünya tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcəkdir.
Çox hörmətli Prezidentimiz, biz fermerlər Sizin yürütdüyünüz siyasətinizi dəstəkləyir, ətrafınızda sıx birləşmişik. Çünki Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Tanrı Sizi qorusun”.
Növbəti məktub da Tərtər rayonundan göndərilib. Tərtər rayonu, Səhləbad kənd sakini Zahid İbrahimov məktubunda qeyd edir: “Hörmətli cənab Prezident.
Siz Prezident seçildiyiniz gündən həmişə xalqın yanında olmusunuz, əhalinin qayğıları ilə yaşamışınız. “El gözü tərəzidir”, - deyiblər atalar. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların – işsizlərdən tutmuş sahibkarlara qədər hər kəsin dövlətdən ayrılan payı var. Bunun üçün də Sizə minnətdarıq. Siz Azərbaycan kimi böyük bir ailəyə başçılıq edir, bu ailənin heç bir üzvünü unutmursunuz. Bütün dünyanın COVİD-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda yenə də xalqımızın dolanışığını unutmadınız, dövlət öz yardım əlini xalqdan əsirgəmədi, maddi köməklə bərabər bizə mənəvi cəhətdən də dəstək oldu, “evdə qal, sağlam qal” dedi. Gələcəyimiz naminə hər kəs bu çağırışa qoşulub karantin rejiminə ciddi əməl etməlidir ki, çətin günləri arxada qoyaq, yenidən doğma Vətənimizin inkişafı naminə, möhtərəm Prezidentimiz, Sizə - qəlbi daim xalqı ilə döyünən rəhbərə dəstək olaq. Mən fəxr edirəm, qürur hissi keçirirəm ki, Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun”.