Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti İlham Əliyevə məktub ünvanladı
09 oktyabr 2020 19:20 (UTC +04:00)

Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti İlham Əliyevə məktub ünvanladı

Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti və Baş icraçı direktoru Qarri Yakobs Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Ümumdünya Elm və İncəsənət Akademiyası Dağlıq Qarabağda hazırda baş verən hadisələri böyük narahatlıqla izləyir. Həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik. Biz akademiklər inanırıq ki, BMT-nin 75-ci ildönümündə hər kəs BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməli və onlara uyğun davranmalıdır.

Son on il ərzində biz müttəfiqimiz olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə dialoq, tolerantlıq və anlaşmanın təşviq olunması istiqamətində sıx əməkdaşlıq etmişik. Ümid edirik ki, bu, dünyaya fayda verməyə davam edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631
avatar

Oxşar yazılar