Azərbaycan Respublikasının cəbhəyanı zona hüdudlarından kənarda yerləşən Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşlərinə tutulması nəticəsində 9 nəfər, o cümlədən 3 qadın həlak olub, daha 34 nəfər, o cümlədən 16 qadın və 6 azyaşlı uşaq həlak olub. Uşaqlar... Bu, dəhşətdir!
Lent.az bildirir ki, Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
L.Marçenko deyib: “Ermənistan beynəlxalq hüququn normalarını və humanitar atəşkəs rejiminin tələblərini pozub. Mən öz vədlərini pozan hökuməti, xüsusən bu vədlər insan həyatı, dinc vətəndaşların həyatı ilə bağlı olduqda anlaya bilmirəm! Həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm”.