Uğurun formulu necə yaranır? – "Biz birlikdə güclüyük!"
16 aprel 2020 12:48 (UTC +04:00)

Uğurun formulu necə yaranır? – "Biz birlikdə güclüyük!"

 

“İndiki şəraitdə insan sağlamlığı ən prioritet məsələdir. Heç nəyi, o cümlədən iqtisadi gəliri də insan sağlamlığından üstün tutmaq olmaz”.

Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş video-konfrans zamanı çıxışında koronavirus pandemiyasının doğurduğu bir sıra vacib məqamlara toxunarkən bildirib.

Hə, Prezident məhz insan amilinə, insan sağlamlığına üstünlük verdi. Bu gün bu ağır günlərdə atılan bütün addımlar da məhz Azərbaycan İnsanının sosial müdafiəsinə, onun qorunmasına yönəlikdir.

 

Hə, etiraf etməliyik, pandemiya dövrü başlayanda Azərbaycan iqtisadiyyatı təcridlə bağlı sərt qərarlardan müəyyən itkilər də verib. Amma o da məlumdur ki, pandemiya bitdikdən sonra Azərbaycanda mövcud olan güclü iqtisadi baza itkiləri aradan qaldırmağa imkan verəcək. Təsəvvür edin, pandemiyadan xilas olmaq üçün 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna maliyyə yardımı ilə bağlı müraciət etdiyi halda Azərbaycanın adı bu siyahıda yoxdur. Çünki əldə olunmuş sosial-iqtisadi tərəqqi bizə öz daxili resurslarımız hesabına istənilən problemi dəf etməyə, istənilən mürəkkəb vəziyyətdən üzüağ çıxmağa imkan verir. Koronavirusla mübarizəyə 1 milyard manat vəsait ayrılmış, əlavə olaraq 2,5 milyard manatın da bu problemin həllinə cəlb olunacağı planlaşdırılır. Prezidentin vurğuladığı kimi: “Əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır. İqtisadiyyat bərpa olunar. Biz indi fəal işləyirik və işləyəcəyik ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq”.

 

Hə, onu da etiraf edək ki, ölkəmizdə qabaqlayıcı tədbirlər öncədən görülməsəydi, bəlkə də, itkimiz dəfələrlə çox olardı. Bu da sözsüz ki,  dövlət başçımızın uzaqgörənliyinin və qəbul etdiyi qərarların doğruluğunun sübutudur.

 

Hə, məhz bu səbəbdən Azərbaycan bir sıra ölkələrə bu sahədə nümunə göstərilir. Artıq ÜST səviyyəsində belə Azərbaycanın koronavirusla bağlı uğurları təqdir edilir.

 

Azərbaycan həm də pandemiyaya qarşı mübarizədə ilk günlərdən ÜST ilə səmərəli əməkdaşlıq edir. ÜST-nin mütəxəssisləri də ölkəmizdə görülmüş işlərə müsbət qiymət veriblər. Təsadüfi deyil ki, ÜST-nin Baş direktoru Tedros Adanom Qebreyesus məktubunda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib. Azərbaycan tərəfindən ÜST-nin strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalanıb, Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə ÜST-yə 5 milyon dollar könüllü maliyyə yardımı ayırıb.

 

Hə, heç kimə o da sirr deyil ki, Azərbaycan dünyanı başına götürmüş pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Bu, bir Azərbaycan nümunəsidir və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, milli həmrəylik, Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Ölkə başçısı hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyir - "Biz birlikdə güclüyük". Ölkə liderinin bu çağırışına hər kəs qoşulur, dəstəkləyir.

 

Hə, bu dəhşətli virusla müqayisədə Azərbaycan ən düzgün strategiyanı seçdi. Artıq bütün Azərbaycan vətəndaşları özlərini daha təhlükəsiz hiss edir. Elə bu səbəbdən də ölkədə təşviş, narahatlıq yoxdur. Dövlət qurumlarına etibar və vətəndaşların yalnız buraxılmayacağına bir inam var. Ən əsası, Azərbaycan xalqında Prezidentinə böyük inam var. Hər gün prezidentin ünvanına yüzlərlə məktub daxil olur. Və bu məktublardan bir məqam daha çox vurğulanır: Azərbaycandakı milli həmrəylik nümayişi və vaxtında verilən çevik qərarlar bəhrəsini verməkdədir və verəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar