Türkiyədə qalan vətəndaşlarımıza yardım ediləcək? - AÇIQLAMA
01 aprel 2020 12:14 (UTC +04:00)

Türkiyədə qalan vətəndaşlarımıza yardım ediləcək? - AÇIQLAMA

“Bütün dünyada, o cümlədən Azərbaycanda yayılmış koronavirus pandemiyası ilə bağlı Azərbaycan Prezidentinin tapşırığı əsasında vətəndaşlarımızın sağlamlığının təmin olunması üçün zəruri və təxirə salınmaz tədbirlər görülür”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin yaydığı məlumatda bildirilib.

“Türkiyədə də koronavirus pandemiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən burada yaşayan bəzi Azərbaycan vətəndaşları, xüsusilə də öz hesabına Türkiyədə təhsil alan tələbələrimizin müəyyən bir qismi məişət və inzibati zəminli müxtəlif problemlərlə üzləşib.

Hazırkı vəziyyətin davam etdiyi şəraitdə (iki ölkə arasında hava və quru yolu ilə səfərlər bərpa olunanadək) yaşayış yerindən çıxarılmış və ya qida təminatı ilə bağlı ciddi sıxıntı il üzləşmiş vətəndaşlarımıza (müvafiq təsdiqedici sənədlər təqdim olunmaq şərti ilə) müvəqqəti dövr ərzində yardım edilməsi imkanları nəzərdən keçirilir. Bunun üçün aidiyyəti vətəndaşlarımızdan aşağıdakı keçid vasitəsilə zəruri məlumatları doldurmaqla müraciət etmələri xahiş olunur.

Qeydiyyat formasına keçid: https://tinyurl.com/rlpgpa2

Azərbaycanın Türkiyədəki səfirliyində müraciətlər təhlil olunduqdan sonra yardıma ciddi ehtiyacı olan vətəndaşlarla əlaqə saxlanılacaq və ehtiyacdan asılı olaraq onlar üçün Türkiyədə hazırda olduqları ərazidə yaşayış yeri və ya gündəlik qida təminatının təşkil edilməsi imkanlarına baxılacaq.

Yuxarıda qeyd olunmuş kateqoriyalara daxil olmayan vətəndaşlarımızın müraciət etməmələri ilə bağlı anlayışlarına görə öncədən təşəkkür edirik”, - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897
avatar

Oxşar yazılar