Türkiyə Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ
04 oktyabr 2020 19:12 (UTC +04:00)

Türkiyə Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ

“Ermənistan dərhal hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyindən Ermənistana ünvanlanan xəbərdarlıqda belə bildirilib.

Bu sabah Gəncədə mülki əhaliyə hücum olunması beynəlxalq hüququn açıq-aşkar pozulduğunu qeyd edən nazirlik Ermənistanı bu hücumlarına görə qətiyyətlə pisləyib: “Uşaq, qadın, yaşlı demədən Xocalı qətliamını törədən Ermənistan  30 il öncə necədirsə, bu gün də elədir. Ermənistan regionda sülh və sabitliyin bərqərar olunmasına əngəldir”.  Açıqlamada qeyd olunub ki, Ermənistanın Azərbaycanda Türkiyəyə məxsus havadan müdafiə (İHA) vasitələri və pilotsuz havadan müdafiə vasitələrindən (SİHA) istifadə olunmasına dair iddiaları həqiqətə uyğun deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Oxşar yazılar