Türkdilli nazirlərin iclasında Qarabağ münaqişəsi müzakirə edildi
06 fevral 2020 13:30 (UTC +04:00)

Türkdilli nazirlərin iclasında Qarabağ münaqişəsi müzakirə edildi


Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının gündəliyində olan və müzakirə olunan məsələlər barədə məlumat verib.

APA-nın xəbərinə görə, nazir müavini bildirib ki, Azərbaycanın Şuraya sədrliyi dövründə prioritet istiqamətlər, gündəlikdə duran məsələlər və qeyri-üzv dövlətlərin müşahidəçi statusu barədə məsələlər, Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunub.

R.Həsənov qeyd edib ki, iclasda Dağlıq Qarabağ münaqişəsinə də toxunulub, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Türk Şurası XİN başçılarına Azərbaycana verdikləri dəstəyə görə təşəkkür edib.

Nazir müavini Türk Şurası çərçivəsində üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, əlaqələrin artırılması və qurumun beynəlxalq aləmdə tanınmasının vacibliyini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1603
avatar

Oxşar yazılar