Türk Şurasının Fəxri Prezidenti statusu ilə bağlı Əsasnamə qəbul ediləcək
06 fevral 2020 13:21 (UTC +04:00)

Türk Şurasının Fəxri Prezidenti statusu ilə bağlı Əsasnamə qəbul ediləcək

“Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Fəxri prezidentlə bağlı Əsasnamənin təsdiq edilməsi qərarına gəldik”.
 
APA-nın məlumatına görə, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi bildirib.
 
Muxtar Tleuberdi qeyd edib ki, iclasda üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub: “Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrlə bağlı məsələni müzakirə etdik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1547
avatar

Oxşar yazılar