Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, onun müavini Qismət Gözəlov və Xarici İşlər Nazirliyinin (XİN) ikinci Avropa idarəsinin rəisi İlqar Muxtarov Gəncə şəhərinə səfər ediblər.
APA-nın yerli bürosunun xəbərinə görə, onlar Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılmış evlərə baş çəkiblər.
B. Amreyev və digərləri vəziyyətlə yerində tanış olublar.