Tbilisidə teleqüllə və körpü Azərbaycan bayrağının rənglərinə boyandı - FOTO
28 may 2020 21:39 (UTC +04:00)

Tbilisidə teleqüllə və körpü Azərbaycan bayrağının rənglərinə boyandı - FOTO

 

Bu gün Gürcüstanın paytaxtı Tbilisidəki Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, 28 May Respublika Günü münasibəti ilə qonşu ölkə paytaxtının ən yüksək nöqtəsində yerləşən teleqüllə və Sülh körpüsü Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Qeyd edək ki, Respublika Günü ilə əlaqədar olaraq Tbilisinin mərkəzində yerləşən “Sülh körpüsü” də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2761
avatar

Oxşar yazılar