Fransanın “Grand Continent” xəbər portalında "Dağlıq Qarabağ müharibəsi" ("Nagorno-Karabakh: la guerre des récits") başlıqlı məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycan və Ermənistan arasında gedən müharibədən bəhs edən məqalədə görkəmli Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı Alban Klodun (Alban Claude) fikirlərinə də yer verilib. O xatırladıb ki, Ermənistanın işğalçı siyasəti nəticəsində milyona yaxın azərbaycanlı öz doğma yurdundan didərgin salınıb.
"Bu, dunyadakı məcburi köçkünlərin ən böyük kontingentlərindən biridir. Təəssüf ki, ATƏT-in Minsk qrupu ölkələrinin bu məsələyə marağının az olması və danışıqları uzatması nəticəsində, indiyə qədər nəzərəçarpan bir irəliləyiş əldə olunmayıb. Əgər Fransanın Qafqazda dünya dövləti kimi hərəkət etməyə istəyi, marağı, imkanı yoxdursa, öz yerini möhkəm sülhün yaranmasında iştirak etmək niyyətində olan əsl neytral ölkəyə təhvil verməlidir", - deyə A.Klod vurğulayıb.
Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar: