Şuşa ilə bağlı yeni TƏKLİF
05 iyun 2020 11:19 (UTC +04:00)

Şuşa ilə bağlı yeni TƏKLİF

"Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbir keçirilməsini təklif edirəm".

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

O bildirib ki, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir: “Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımdan da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm xanım sədr siz də bu məsələni qaldırasınız”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10003
avatar

Oxşar yazılar