Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Ermənistanın müdafiə naziri David Tonoyanla telefon danışığı olub.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı S. Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib.