Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin nəticələrinin dairələrdə hansı halda ləğv oluna biləcəyinə aydınlıq gətirib.
MSK katibi Mikayıl Rəhimov APA-ya açıqlamasında bildirib ki, qanunvericiliyin tələbinə əsasən, dairə üzrə ümumi məntəqə sayının 2/5-dən çoxunda seçkilərin nəticələri ləğv olunursa, bu halda həmin 2/5-dən artıq məntəqədə dairə üzrə ümumi seçicilərin 25%-dən çoxu yaşayırsa, o halda dairə üzrə nəticələr ləğv olunmalıdır.
M. Rəhimov vurğulayıb ki, dairə üzrə ləğv olunan seçki məntəqələrinin sayı həmin dairə üzrə məntəqələrin ümumi sayının 2/5-dən az olsa, ancaq həmin məntəqələrdəki seçicilərin sayı dairə üzrə seçicilərin 25%-dən çoxunu təşkil etsə belə, həmin dairədə seçkinin nəticələri ləğv oluna bilməz