Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da bu gün keçirilən mətbuat konfransında bildirib.
MSK sədri deyib ki, deputatlığa namizədlərin sayı 1314 nəfərdir.
Parlament seçkilərinə qatılmaq üçün ümumilikdə 2431 nəfər müraciət etmişdi.