Rusiyanın Baş prokuroru Qarabağ münaqişəsinin həllindən danışdı
08 oktyabr 2020 17:35 (UTC +04:00)

Rusiyanın Baş prokuroru Qarabağ münaqişəsinin həllindən danışdı

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll olunmalıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov bildirib.

“Qətiyyətlə əminəm ki, Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll olunmalıdır”, - deyə Rusiyanın Baş prokuroru vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar