Rusiyadan Azərbaycana daha 548 nəfər qayıdıb
22 aprel 2020 16:20 (UTC +04:00)

Rusiyadan Azərbaycana daha 548 nəfər qayıdıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiyada yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Rusiyada müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə www.evegedirem.info xüsusi portalı yaradılıb.

“Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir. 

Son günlər ərzində Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi, eləcə də Rusiyanın aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və əməkdaşlıq çərçivəsində bir qrup vətəndaşımızın sərhəd keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə ölkəyə qayıdışı təmin edilib.

Ümumilikdə, bu il aprelin 20-dən etibarən sərhədi 548 nəfər keçib və geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdiriliblər.

Xatırladırıq ki, “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə əvvəlcədən məlumatlandırılacaqlar.

Rusiya ərazisində olan və xüsusi portalda qeydiyyatdan keçmiş vətəndaşlarımızın qabaqcadan sərhəd keçid məntəqələrinə və hava limanına gəlməsinə heç bir zərurət yoxdur. Onlara öz yaşayış yerlərində qalmaq və müvafiq məlumatı gözləmək tövsiyə olunur”, - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1954
avatar

Oxşar yazılar