“Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri vəzifəsinə təyin edilib”.
Lent.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov deyib.
Onun sözlərinə görə, bununla bağlı AMEA prezidenti müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Abbasov bundan əvvəl AMEA “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyətli Cəmiyyətin direktoru vəzifəsində çalışırdı.