Qarabağa xaricdən gətirilən etnik ermənilər məskunlaşdırılır - Ceyhun Bayramov
26 avqust 2020 16:27 (UTC +04:00)

Qarabağa xaricdən gətirilən etnik ermənilər məskunlaşdırılır - Ceyhun Bayramov

“Təəssüflə qeyd etməliyəm ki, münaqişənin nizamlanmasında irəliləyiş nəzərə çarpmır. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamağa davam edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yerli azərbaycanlılar o ərazilərdən didərgin salınıb, onların evlərində isə xaricdən, o cümlədən Yaxış Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır: “Bu isə öz növbəsində beynəlxalq humanitar hüququn, ilk növbədə isə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2146
avatar

Oxşar yazılar