Prezidentin köməkçisi: "Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir"
05 oktyabr 2020 00:44 (UTC +04:00)

Prezidentin köməkçisi: "Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir"

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə tvit paylaşıb.

APA-nın məlumatına görə, Mingəçevirdə enerji blokunun yaxınlığına düşən raketin fotolarını paylaşan H.Hacıyev onun partlamadığını bildirib.

"Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir" deyə, Prezidentin köməkçisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar