Prezidentin köməkçisi yaralı erməni əsirlərdən DANIŞDI
19 oktyabr 2020 17:26 (UTC +04:00)

Prezidentin köməkçisi yaralı erməni əsirlərdən DANIŞDI

“Azərbaycanda yaralı erməni əsirlər var. Onlara qarşı münasibətdə Azərbaycan Respublikası özünün Cenevrə konvensiyasına sadiqliyini nümayiş etdirdi”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Eyni zamanda, Azərbaycan özünün yüksək mənəvi dəyər və əxlaqını göstərərək yaralılara beynəlxalq humanitar hüquq əsasında lazımi yardımı göstərdi. Onlar tibbi dəstəklə təmin olundular və ailə üzvləri ilə də əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də bu şəxslər barəsində məlumatlandırılıb və təşkilat da yaralılarla təmasdadır”, - H. Hacıyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar